...

Şəhid Ağa Əmi Heybətovun anım günü keçirilib

Cəmiyyət Materials 25 Oktyabr 2021 10:15 (UTC +04:00)
Şəhid Ağa Əmi Heybətovun anım günü keçirilib

Trend-i buradan izləyin

Bakı. Trend:

Oktyabrın 24-də 44 günlük Vətən Müharibəsində şəhid olmuş qəhrəman oğullarımızdan biri – Heybətov Ağa Əmi Elçin oğlunun Xəzər rayonunda anım günü keçirilib.

Anım mərasimində Milli Məclisin deputatı Rauf Əliyev, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, şəhidin doğmaları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Anım mərasimində çıxış edən millət vəkili Rauf Əliyev qeyd edib ki, xalqımız torpaqlarımızın azad olunması uğrunda canından keçən Vətən övladlarının xatirəsini daima darin hörmətlə anır. Şəhidlər öz canları bahasına vətən torpaqlarını işğaldan azad edərək Azərbaycan tarixinin ən şanlı səhifəsini yazdılar. İştirakşılar şəhidin ailə üzvləri ilə görüşüb, ailəsinə baş sağlığı veriblər.

Qeyd edək ki, şəhid Ağa Əmi Heybətov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə ”Vətən uğrunda” medalı ilə təltif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti