...

Metroda sıxlığın aradan qaldırılması üçün yeni nəzarət qrupları yaradılıb

Cəmiyyət Materials 26 Oktyabr 2021 18:29 (UTC +04:00)
Metroda sıxlığın aradan qaldırılması üçün yeni nəzarət qrupları yaradılıb

Bakı. Samir Əli - Trend:

Metroda sərnişinlərinin sayının artmasına görə Bakı metropoliteni stansiyalarında gücləndirilmiş iş rejimində çalışan yeni nəzarət qrupları yaradıb.

Bunu Trend-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, hazırda stansiyalarda sıxlığın yaranmaması, Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə bağlı qəbul etdiyi qərar və tapşırıqlara əməl olunması ilə bağlı nəzarət tədbirləri həyata keçirilir: "Bakı metropoliteni bununla bağlı fəaliyyətində bir neçə istiqaməti prioritet müəyyən edib. İlk olaraq, metropolitendə yaradılan monitorinq qrupları sərnişin axınını öyrənməyə başladı. Hazırda stansiyalarda gündəlik sərnişin sayı, daşıma prosesinin təşkili, buna uyğun qatarların hərəkətinin tənzimlənməsi prosesi aparılır. Bununla bağlı qruplar xüsusi rejimdə işləyir, sərnişin hərəkəti izlənilir, sıxlığa nəzarət edilir. Hazırda metroda sıxlıq yaranmasının qarşısı tənzimlənmə üsulu ilə alınır".

B.Məmmədov qeyd edib ki, hazırda metropoliten əməkdaşlarından ibarət monitorinq qrupları stansiyalarda pandemiya qaydaları ilə bağlı metodiki göstərişlərə əməl edilməsi üçün ciddi maarifləndirmələr aparır, tövsiyələr edirlər: "Hazırda qatarlar arasında gecikmələrə rast gəlinməyib, ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılır, ehtiyac yaranacağı təqdirdə həmin ehtiyat qatarlar xəttə buraxılır və bununla da stansiyada ciddi sıxlığın yaranmasının qarşısı alınır. Əsasən, səhər və axşam pik saatlar nəzarətdə saxlanılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti