2007-ci ildən bu günə qədər ali məktəblərə qəbul üzrə edilən dəyişikliklər - SİYAHI

2007-ci ildən bu günə qədər ali məktəblərə qəbul üzrə edilən dəyişikliklər - SİYAHI

Bakı. Çingiz Səfərli - Trend:

2007-ci ildən bu günə qədər ali təhsil müəssisələrinə qəbulla bağlı bir sıra dəyişikliklər edilib.

Bu barədə Trend-ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Sözügedən dəyişiklikləri xronoloji ardıcıllıqla təqdim edirik.

2007-ci ildə:

- Qəbul aparılacaq ixtisasların qruplar üzrə bölgüsü 5-dən 4-ə endirilmişdir;

- Ləğv olunmuş V qrupa aid olan pedaqogika və psixologiya sahəsi üzrə ixtisaslar III qrupa, “Sosiologiya” ixtisası isə II qrupa daxil edilmişdir;

- 2008-ci ildə “Psixologiya” ixtisasının IV qrupa keçirilməsi nəzərdə tutulmuşdur;

- I qrupa daxil olan “Bədii layihələndirmə” ixtisası qabiliyyət imtahanı tələb edən ixtisaslar siyahısından çıxarılmışdır;

- Ümumiləşmiş fənn bloku ləğv olunmuş və imtahan fənləri sırasına yeni – 5-ci fənn daxil edilmişdir;

- Test suallarının sayı 120 olaraq saxlanılmış, 4 əsas fənn 25 sualdan, əlavə olunmuş 5-ci fənn isə 20 sualdan ibarət müəyyənləşdirilmişdir;

- I ixtisas qrupuna xarici dil (ingilis, alman, fransız və rus dili) fənni əlavə olunmuşdur. Xarici dil fənni kimi rus dilindən yalnız Azərbaycan bölməsinin abituriyentləri imtahan verə bilərlər. Əvvəlki illərdən fərqli olaraq bu qrupun abituriyentləri "Ana dili və ədəbiyyat" fənni əvəzinə, "Ana dili" fənnindən imtahan verirlər.

- II ixtisas qrupuna "Azərbaycan tarixi" fənni əlavə olunmuşdur. Bu qrupda da abituriyentlər "Ana dili və ədəbiyyat" fənni əvəzinə, "Ana dili"ndən imtahan verirlər.

- III ixtisas qrupunda "Coğrafiya" fənni çıxarılmış, "Riyaziyyat" fənni daxil edilmişdir. Bu qrupun abituriyentləri "Ana dili və ədəbiyyat" fənni əvəzinə, ayrıca "Ana dili" və "Ədəbiyyat" fənlərindən imtahan verirlər.

- IV ixtisas qrupuna "Riyaziyyat" fənni əlavə olunmuşdur. Bu qrupun abituriyentləri də "Ana dili və ədəbiyyat" fənni əvəzinə, "Ana dili"ndən imtahan verirlər.

- «Azərbaycan Respublikasında Dövlət dili haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən rus bölməsinin abituriyentləri əsas imtahanlardan əvvəl "Azərbaycan dili" fənni üzrə əlavə imtahan verirlər. İmtahanlar TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir. İmtahanda abituriyentlərə 20 test tapşırığı təqdim olunur. İmtahanlar “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir. İmtahandan “qeyri-məqbul” alan abituriyentlər qəbul imtahanlarına buraxılmır.

2008-ci ildə:

- 2007-ci il qəbul imtahanlarında hər bir ixtisas qrupuna yeni daxil edilmiş fənlər üzrə test tapşırıqlarının sayı 20-dən 25-ə qaldırılıb. Bu zaman I ixtisas qrupu istisna olmaqla qalan bütün qruplarda həmin fənlərə də nisbi bal məhdudiyyəti qoyulub. Ümumilikdə hər bir ixtisas qrupu üzrə test tapşırıqlarının ümumi sayı 120-dən 125-ə qaldırılıb.

- I ixtisas qrupunda fizika və riyaziyyat fənlərinin hər biri üzrə çəki əmsalı 2 təyin olunub (xatırladaq ki, əvvəlki illərdə riyaziyyat fənni üzrə çəki əmsalı 2.5, fizika fənni üzrə isə 1.5 idi).

- Rus bölməsində Azərbaycan dili fənnindən imtahan suallarının sayı 20-dən 30-a qaldırılıb.

- “Psixologiya” ixtisası III ixtisas qrupundan IV ixtisas qrupuna keçirilib.

- 2008-ci ildən başlayaraq ərizə qəbulu iki mərhələdə, internet vasitəsilə aparılıb. Birinci mərhələdə bütün abituriyentlərdən imtahanda iştirak etmək üçün, ikinci mərhələdə isə TQDK tərəfindən müəyyən edilmiş müsabiqə şərtlərini ödəmiş abituriyentlərdən ixtisas seçimi üçün ərizə qəbul olunub. Beləliklə, ötən illərdən fərqli olaraq abituriyentlər ixtisas seçimini qəbul imtahanının nəticələri elan olunduqdan sonra aparıblar.

- Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə (pedaqoji profilli və dizayn (texnoloji) ixtisasları istisna olmaqla) müsabiqə abituriyentlərin qabiliyyət imtahanlarında topladıqları orta bal əsasında aparılıb;

- Qəbul imtahanlarına buraxılış vərəqələrinin paylanması, imtahan nəticələrinin elan edilməsi, xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı və qabiliyyət imtahanlarının nəticələrinin daxil edilməsi internet vasitəsilə aparılıb.

2010-cu ildə:

- “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsindən sonra builki qəbul yeni qaydalarla həyata keçirilən ilk qəbul kampaniyası olduğundan bu il ilk dəfə olaraq, yüksək səviyyəli beynəlxalq yarış və müsabiqələrin qalibləri müsabiqədənkənar müvafiq ixtisaslara qəbul edilmiş və ali və orta ixtisas təhsili müəssisələrinə aparılan müsabiqə zamanı abituriyentlərin ümumi imtahan balları eyni olduğu halda onların orta attestat qiymətləri ikinci əsas göstərici kimi nəzərə alınmışdır;

- Azərbaycan Respublikası Prezidentinin “Ali təhsil müəssisələrində yeni maliyyələşdirmə mexanizminin tətbiq edilməsi barədə” 10 fevral 2010-cu il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq, ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə təhsili dövlət sifarişi və ödənişli əsaslarla olan yerlərə yeni yerləşdirmə alqoritminin tətbiqi əsasında tələbə qəbulu aparılmışdır;

- İlk dəfə olaraq I ixtisas qrupu üzrə qəbul imtahanı Bakı, Sumqayıt və Naxçıvandan başqa Gəncə şəhərində də keçirilmişdir;

- Ali təhsil müəssisələrinə qəbul aparılan II və III ixtisas qruplarında xarici dil fənləri siyahısına rus dili fənni daxil edilmişdir;

- Qəbul imtahanlarına hazırlaşan abituriyentlərə kömək məqsədilə komissiyanın internet saytında video çıxışlar yerləşdirilmişdir. Burada TQDK sədri Məleykə Abbaszadənin çıxışları, abituriyentlərə müraciətləri, TQDK-nın ekspertlərinin məsləhətləri öz əksini tapmışdır;

- Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu internet vasitəsilə aparılmışdır.

2011-ci ildə:

- Bu il riyaziyyat fənni üzrə test blokunda açıq test tapşırıqlarından istifadə olunmuşdur;

- İlk dəfə olaraq qəbul imtahanı Şəki və Lənkəran şəhərlərində də keçirilmişdir.

- Bir sıra ali məktəblərin III qrupda imtahan fənləri arasında coğrafiyanın olmamasını və riyaziyyat fənni üzrə tapşırıqların II qrupa nisbətən asan olmasını əsas gətirərək təkidi nəticəsində Beynəlxalq münasibətlər və Regionşünaslıq ixtisasları III qrupdan II qrupa keçirilib.

2012-ci ildə:

- “Təhsil müəssisələrində təhsilalanların attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması qaydaları ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respbulikası Prezidentinin 8 may 2012-ci il tarixli 2218 nömrəli Sərəncamının 1-ci bəndini təmin etmək üçün Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 10 may 2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydaları” əsasında ümumi təhsil müəssisələrində təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) məqsədilə mərkəzləşdirilmiş şəkildə test üsulu ilə buraxılış imtahanları keçirilmişdir.

- Bu il ilk dəfə olaraq ali təhsil müəssisələrinə qəbul imtahanlarında hər bir ixtisas qrupunda riyaziyyat fənni ilə yanaşı I ixtisas qrupunda fizika, II ixtisas qrupunda coğrafiya, III ixtisas qrupunda tarix, IV ixtisas qrupunda kimya fənləri üzrə test bloklarında açıq tipli test tapşırıqlarından da istifadə edilmişdir;

- Bu il III ixtisas qrupuna daxil olan ixtisasların DT və XH altqruplarına bölgüsü ləğv edilmiş və imtahan balları vahid qaydada hesablanmışdır;

- İlk dəfə olaraq abituriyentlərə qəbul olduqları ali təhsil müəssisələrindən qeydiyyatdan keçərkən təhsilalma formasını (əyani və yaxud qiyabi) seçmək imkanı yaradılmışdır. 2014-cü ildən etibarən bu seçim imkanı aradan qaldırılmışdır.

2013-cü ildə:

- İlk dəfə olaraq abituriyentlərə və bakalavrlara qəbul imtahanında iştirak etmək üçün ərizələrini internet vasitəsilə təsdiq etmək imkanı yaradılıb.

- İlk dəfə olaraq qəbul imtahanı Mingəçevir, Şirvan, Quba, Ağcabədi və Göyçay şəhərlərində də keçirilmişdir.

2014-cü ildə:

Jurnalistika ixtisasında təhsil almaq istəyənlər üçün qabiliyyət imtahanı keçirilmişdir. Abituriyentlərin və valideynlərin rahatlığını təmin etmək məqsədilə qəbul imtahanları Bakı və Sumqayıtdan başqa, TQDK-nın bölgə mərkəzləri yerləşən rayon mərkəzlərində də (ümumilikdə 11 bölgədə) keçirilmişdir.

2015-ci ildə:

V qrup yaradılmış və xüsusi qabiliyyət tələb edən ixtisaslar bu qrupa daxil edilmişdir. Bundan başqa, bu il ilk dəfə olaraq sual kitabçaları hər bir abituriyent üçün xüsusi avtomatlaşdırılmış xətt vasitəsi ilə (bu xətt xüsusi olaraq TQDK-nın keçirdiyi imtahanlar üçün sual kitabçalarının çapı və komplektasiyasını həyata keçirir) fərdi qaydada çap olunub və imtahan zalları üzrə komplektləşdirilib.

2017-ci ildə

Abituriyentlərə ilk dəfə olaraq I-IV ixtisas qrupları üzrə iki dəfə imtahan vermək imkanı yaradılmışdır.

2018-ci ildə:

İlk dəfə olaraq I-IV ixtisas qruplarının hər iki imtahanında iştirak edən abituriyentlərə ikinci imtahanı birincidəkindən fərqli ixtisas qrupu üzrə vermək imkanı yaradılmışdır.

2019-cu ildə:

- Cari ildə ilk dəfə olaraq ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanı iki mərhələdə həyata keçirilmişdir. Abituriyentlər qəbul imtahanının birinci (maksimal toplanıla bilən bal – 300) və ikinci (maksimal toplanıla bilən bal – 400) mərhələlərindən topladıqları ümumi balların cəminə (maksimal toplanıla bilən bal – 700) əsasən ali təhsil müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak etmişlər. Cari ilin məzunları üçün qəbul imtahanının birinci mərhələsinin nəticəsi kimi onların buraxılış imtahanında əldə etdikləri nəticələr götürülmüşdür. İmtahanın ikinci mərhələsi iki dəfə (yaz və yay sessiyaları) keçirilmiş və hər iki sessiyada iştirak edən abituriyentlərə yay sessiyasında imtahanı birincidəkindən fərqli ixtisas qrupu üzrə vermək imkanı yaradılmışdır. V ixtisas qrupu üzrə abituriyentlər qəbul imtahanının birinci mərhələsinin (cari ilin məzunları üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanın) nəticələrinə əsasən ali təhsil müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak etmişlər.

- Cari ildə ilk dəfə olaraq imtahanda bacarıq və vərdişlərin qiymətləndirilməsi üçün abituriyentlərə yazılı şəkildə cavablandırılması tələb olunan test tapşırıqları təqdim olunmuşdur. Yeni imtahan modelinə uyğun keçirilən qəbul imta­han­ında şagirdlərə hər fənn üzrə 30 tapşırıq təqdim olunmuşdur. Tapşırıqların 22-si qapalı (çox­seçimli), 8-i isə açıq formalıdır. Açıq for­ma­lı tap­şırıq­lardan 3-ü yazılı şəkildə cavablan­dırıl­ması tələb olunan situasiya, mətn və yaxud mənbə əsasında hazır­lanan tapşırıq­lar olmüşdur.

- Cari ildə ilk dəfə olaraq imtahanda abituriyentlərin xarici dillər üzrə qrammatika, oxu və söz ehtiyatı ilə bağlı bilik və bacarıqlarla yanaşı, onların dinləyib-anlama bacarıq və vərdişləri də qiymətlən­dirilmişdir.

- Cari ildə ilk dəfə olaraq, orta ixtisas təhsili pilləsi üzrə “subbakalavr” peşə-ixtisas dərəcəsi almış şəxslər (subbakalavrlar) qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olmaq hüququna malik olmuşlar.

- Cari ildə ilk dəfə olaraq, beynəlxalq səviyyədə akkreditasiya olunan “Beynəlxalq Bakalavriat Diplom Proqramı (IB Diploma Programme)”, “Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (Advanced Level of General Certificate of Education)” və “Yüksək yerləşdirmə (Advanced Placement)” təhsil proqramları üzrə təhsil almış abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaq imkanına malik olmuşlar.

2020-ci ildə:

- Azərbaycanda koronavirus pandemiyasının təsirlərini nəzərə alaraq 2020-ci ildə ali təhsil müəssisələrinə qəbul prosesinində bir sıra dəyişikliklər tətbiq edilmişdir:

- İmtahan verənlərin rahatlığını təmin etmək və virusa yoluxma təhlükəsini azaltmaq üçün imtahanlar yalnız rayon mərkəzlərində deyil, ucqar kənd məktəblərində də keçirilmişdir;

- İmtahan mərkəzlərinin sayı iki dəfədən çox artırılmışdır;

- İmtahan mərkəzləri iki gün əvvəldən dezinfeksiya olunmuş, möhürlənərək mühafizə olunması üçün DİN-in rayon (şəhər) şöbələrinin (idarələrinin) əməkdaşlarına təhvil verilmişdir;

- İmtahan verənlər binalara ayrı-ayrı saat intervallarında dəvət edilmişdir;

- Binalara buraxılışı təmin edən şəxslər xüsusi geyim forması, maska, sipər və əlcəklə, bütün imtahan iştirakçıları isə tibbi maska ilə təmin olunmuşdur;

- Girişdə imtahan iştirakçılarının hərarəti ölçülmüşdür;

- Şagirdlərin hər partada bir nəfər olmaqla, 2 metr məsafə gözlənilməklə əyləşdirilməsi təmin edilmişdir.

- Sərt karantin rejimi müddətində hər imtahanqabağı imtahan verən və idarəetmə heyətinin üzvü kimi iştirak edəcək şəxslər haqqında məlumat müvafiq icazə sisteminə daxil edilmək üçün Daxili İşlər Nazirliyinə təqdim edilirdi.

- Hər bir imtahan iştirakçısının imtahana gələrkən təqdim etməsi tələb olunan sənədlərinin siyahısına sağlamlıq haqqında bəyannamə də əlavə olunmuşdur.

- Bəzi mövzular üzrə test tapşırıqlarından qəbul imtahanlarında istifadə edilməmişdi. Bu mövzular buraxılış siniflərində mart ayından sonra tədris olunan mövzular idi;

- İmtahanda bacarıq və vərdişlərin qiymətləndirilməsi üçün abituriyentlərə yazılı şəkildə cavablandırılması tələb olunan tapşırıqların sayı azaldılmışdı;

- Yazı işlərini qiymətləndirən markerlərin işi onlayn rejimdə təşkil olunmuşdu;

- 2019-cu ildə qəbul imtahanının I mərhələsində iştirak etmiş abituriyentlərə 2020-ci ildə qəbul imtahanının I mərhələsində iştirak etmədən, əvvəlki il əldə etdikləri nəticə ilə müsabiqəyə qatılmaq imkanı verilmişdir;

- Buraxılış imtahanlarının keçirilmə tarixləri iştirakçıların sayını məhdudlaşdırmaq məqsədilə artırılmışdı;

- Qəbul imtahanının II mərhələsi yalnız bir sessiyadan ibarət olmuşdu, yəni abituriyentlər qəbul imtahanının II mərhələsində yalnız bir dəfə iştirak edə bilərdilər;

- V ixtisas qrupunda bəzi qabiliyyət imtahanı tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanları keçirilməmiş, abituriyentlər qəbul imtahanının birinci mərhələsinin (cari ilin məzunları üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanın) nəticələrinə əsasən müsabiqədə iştirak etmişlər;

- “İmtahanın nəticəsi ilə bağlı elektron apelyasiya” sistemi və “Onlayn növbə” sistemi qısa müddət ərzində tərtib edilərək istifadəyə verilmişdir.

Twitter: @cingizsafarli

Azərbaycanda müxtəlif sığorta növləri ilə üzrə vahid mobil tətbiq hazırlanacaq
Azərbaycanda müxtəlif sığorta növləri ilə üzrə vahid mobil tətbiq hazırlanacaq
Türkiyənin xarici ticarət dövriyyəsi 43 milyard dolları ötüb
Türkiyənin xarici ticarət dövriyyəsi 43 milyard dolları ötüb
“Startap” şəhadətnaməsi almış sahibkarların sayı 25-ə çatıb
“Startap” şəhadətnaməsi almış sahibkarların sayı 25-ə çatıb
Loading Bars
Xəbər lenti
Brüssel görüşündən gözləntilər nələrdir? - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO)
Qəzaya uğrayan helikopter 24 nəfərlik olub
Güclü duman səbəbindən AZAL-ın təyyarəsi hava limanına qayıtmağa məcbur olub
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi helikopter qəzası ilə bağlı başsağlığı verib
Azərbaycanın qeyri-neft ixracı 42 faiz artıb
“Azərkosmos”un xidmət ixracından gəliri 40 milyon dollara yaxınlaşıb
Fransanın Azərbaycandakı səfiri helikopter qəzası ilə bağlı başsağlığı verib
Azərbaycan qaz ixracını 34 faiz artırıb
Britaniya səfiri helikopter qəzasına görə Azərbaycana başsağlığı verib
Bu il dünya ticarəti 23 faiz artacaq - BMT
Gömrük təmsilçiliyi fəaliyyətilə məşğul olan şirkətlərin mütəxəssisləri üçün imtahan keçirilib (FOTO)
Fidan Hüseynova İnformatika üzrə beynəlxalq olimpiadada gümüş qazandı
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə telefonla zəng edib
Helikopter qəzasına səbəb kimi hər hansısa kənar təsirdən söhbət gedə bilməz - Elçin Quliyev
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva helikopter qəzasında həlak olanların dəfni ilə bağlı müvafiq tapşırıqlar verib
Prezident İlham Əliyev helikopterin qəzaya uğraması ilə bağlı ətraflı araşdırma aparılmasını tapşırıb
Helikopter qəzasında həlak olanlara şəhid statusu veriləcək - DSX rəisi (VİDEO)
İran XİN helikopter qəzası ilə bağlı ölkəmizə başsağlığı verib
Əlahiddə Ümumqoşun Orduda döyüş atışlı taktiki təlimlər keçirilib (FOTO/VİDEO)
Helikopter qəzası ilə bağlı yaradılan istintaq qrupu Sənan Paşayevin icraatına verilib
Mətbuat Şurası Tofiq Yusifin vəfatı ilə bağlı nekroloq yayıb
Milli Məclisdə narkomaniya ilə mübarizəyə dair dinləmə keçirilib (FOTO)
Helikopter qəzası ilə bağlı şahidlər dindirilir - Baş Prokurorluq
Türk Dövlətləri Təşkilatı Azərbaycana başsağlığı verib
Qəzaya uğrayan hərbi helikopterin qara qutusu tapılıb
İsrail səfiri Azərbaycana başsağlığı verib
Əlaqələndirmə Qərargahının ötən bir illik fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib (FOTO)
Helikopterin qəzaya uğramasında hər hansı kənar müdaxilənin olması istisna edilir - Baş Prokurorluq
600 min manatı Şamxal Həsənliyə vermişəm - Vüqar Səfərlinin məhkəməsindən
Hulusi Akar Zakir Həsənov və Elçin Quliyevə başsağlığı verib
Daha 4 müəssisədə pozuntular aşkarlanıb
Binəli Yıldırım helikopter qəzası ilə bağlı başsağlığı verib
Dekabrın 1-nə USD/AZN rəsmi məzənnəsi
Bakıda mülki geyimli polislər maskadan istifadə etməyənlərə qarşı reydlər keçirib (VİDEO)
Prokuror Zakir Sultanova 12 il cəza istədi
“Xalq cəbhəsi” qəzetinin 20 illiyinə həsr olunmuş toplantı keçirilib (FOTO)
Ermənistanın mina xəritələrini Azərbaycana tam verməməsi ciddi problem yaradır - Hərbi ekspert
Əziz Sancar Diasporla İş üzrə Dövlət Komitəsində olub (FOTO)
Vahid əlaqələndirmə mərkəzlərinə 4 mindən çox müraciət olub
Bəzi avtobusların hərəkət sxemlərində dəyişiklik edildi
Ceyhun Bayramovla Mövlud Çavuşoğlu arasında telefon danışığı olub
Lənkəranda “EU4Lankaran” proqramının rəsmi açılış mərasimi olub
Hərbi helikopterin qəzaya uğradığı yerdən görüntülər (FOTO/VİDEO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 678 nəfər COVID-19-a yoluxub, 23 nəfər ölüb
Azərbaycan dili fənni üzrə sınaq imtahanı keçiriləcək
İran hərbi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib
DSX-nin hərbi helikopterinin qəzaya uğraması ilə bağlı cinayət işi açılıb
Bakıda daha bir orta məktəb distant tədrisə keçib
Helikopter qəzasında 14 nəfər həlak olub - ADLAR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib
İşğaldan azad edilmiş ərazilərdə Pakistan şirkətlərinin iştirakı barədə müzakirə aparılıb (FOTO)
Paşa Bankın onlayn biznes krediti zirvədədir!
Mövlud Çavuşoğlu helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib
Rusiya və İtaliya Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
"Azernews” qəzətinin növbəti sayında Soçi görüşünün yekunlarına həsr edilən analitik məqalə yayımlanıb
Türkiyədə bir dolların qiyməti 13 lirəni keçdi
AzMİU-da “Dizaynın müasir problemləri” mövzusunda III Beynəlxalq elmi-praktiki konfransı keçirilib (FOTO)
İranda ötən sutkada 119 nəfər koronavirusdan ölüb
Malların rüsumsuz gətirilməsi limiti azaldılır? - DGK-dən AÇIQLAMA
Türkiyə və Rusiyadakı soyuq hava siklonları Azərbaycana təsir edəcək? - AÇIQLAMA
Avropada təbii qaz qiymətləri 7 faiz bahalaşıb
30 tona yaxın yararsız məhsul məhv edilib
"JP Morgan" ilin sonuna qədər Azərbaycanda neft hasilatı üzrə proqnozları açıqlayıb
Bank kartlarından pul mənimsəyən şəxslər saxlanılıblar
İlahiyyat İnstitutunun kafedra müdiri beynəlxalq seminarda iştirak edib (FOTO)
Üç qurum koronavirusun yeni “Omicron” variantı ilə bağlı vətəndaşlara müraciət etdi
Orta Asiya gəncləri üçün sahibkarlıq üzrə vebinar konfrans keçirilib (FOTO)
Magistraturaya hazırlaşan bakalavrlar üçün sınaq imtahanı keçiriləcək
Satdığı şirniyyatdan qurd çıxan market rəhbərliyi məsuliyyətə cəlb olunub
Mina hadisələrinin 51%-i azad edilmiş ərazilərə qanunsuz daxil olan zaman baş verib
Türkiyə Müdafiə Nazirliyi helikopter qəzasına görə Azərbaycana başsağlığı verib
Mobil bankinq təhlükələri, kriptovalyutaya yeni hücumlar: 2022-ci ildə maliyyə sektorunu nə gözləyir
Zəngəzur dəhlizi İƏT-ə üzv ölkələr üçün də faydalı olacaq - Səttar Möhbalıyev
AccessBank-da iş var
Petkim Külək Elektrik Stansiyasının istehsal hədəfləri açıqlanıb
Ağdam Sənaye Parkında sosial zonanın təşkili yekunlaşıb
Azərbaycan və Türkiyə Qarabağda 128 kvadrat kilometr minalanmış ərazini birgə təmizləyib
Prezident İlham Əliyev Pakistanın müdafiə istehsalatı nazirini qəbul edib (YENİLƏNİB)
Xəzər dənizində zəlzələ olub
Narkotik təsiri altında avtobus idarə edən 3 sürücü saxlanılıb (FOTO/VİDEO)
İki rayon və 65 kəndə qazın verilişi müvəqqəti dayandırılacaq
Prezident İlham Əliyev Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb
Həbsdə olan jurnalistin səhhəti pisləşib
Azərbaycan XİN İstanbuldakı qasırğa ilə əlaqədar Türkiyəyə başsağlığı verib
“Gənclərin biznes emalatxanası” layihəsinə start verilib (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda müxtəlif sığorta növləri ilə üzrə vahid mobil tətbiq hazırlanacaq
Yeni ildən 2 milyondan çox insanı əhatə edən sosial paket icra olunacaq, sosial ödənişlər artacaq - Nazir
Küçədə aşkarlanan koronavirus xəstəsi barədə araşdırma aparılır
Bakı-Naxçıvan aviareysləri dumana görə gecikir - AZAL
"SOCAR Türkiyə" investisiya planlarını açıqlayıb
Dillər Universitetinin Konfutsi İnstitutu yüksək mükafata layiq görülüb (FOTO)
Çin Xarici İşlər Nazirliyi Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşü barədə bəyanat verib
“SOCAR Türkiyə” əməliyyatların 90 faizini dollarla aparır - Baş direktor
Ötən gün ölkədə 16 yanğın olub, bir nəfər xilas edilib (VİDEO)
Ölmüş heyvan ətinin satışının qarşısı alınıb (FOTO)
“SOCAR Türkiyə”nin EBITDA üzrə gəliri açıqlanıb
Çoxmənzilli binalarda işıq sayğacları MTK hesabına quraşdırılmalıdır - Dövlət Xidməti
Bütün xəbərlər