...

“Al Market” mağazalar şəbəkəsi “Dəmir yumruq” mükafatına layiq görülüb (FOTO)

Cəmiyyət Materials 7 Noyabr 2021 23:15 (UTC +04:00)
“Al Market” mağazalar şəbəkəsi “Dəmir yumruq” mükafatına layiq görülüb (FOTO)

Bakı. Trend:

“Al Market” mağazalar şəbəkəsi 800-ə yaxın mağazası və 4000-dən çox insanın çalışdığı böyük bir ailədir. Müharibə başladıqdan sonra ailənin 250-də çox üzvü səfərbərliyə cəlb olunub, onlardan 3 nəfəri xüsusi rəşadət göstərək Vətən uğrunda şəhid olmuş, onlarla əməkdaş orden və medallar ilə təltif edilib.

Trend-in məlumatına görə, insanların məşğulluğunun artırılmasına öz töhfəsini verən marketlər şəbəkəsi bu il ərzində 4 dəfə “Açıq Qapı” günü təşkil edib və bununla da 300-dən çox insanı işlə təmin edib. Bunlardan 65 nəfəri müharibə iştirakçıları, qazi və şəhid ailələrin üzvləridir. 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanların ailə üzvlərinin və müharibədə yaralanmış qazilərin məşğulluğunun təminatına yaxından dəstək olduğuna görə “Al market”lər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elan edilmiş “Məşğulluq Marafonu”nda ən aktiv iştirakçı kimi təşəkkür sertifikatı və “Dəmir yumruq” mükafatına layiq görülmüşdür. Bu proses hələ də davam edir və il sonuna kimi daha 2 Açıq Qapı gününün keçirilməsi nəzərdə tutulub. “Al market” MMC olaraq dövlət siyasətinə, sosial məsuliyyət və həmrəylik prinsipinə sadiqliyini qoruyaraq bu ənənəni davam etdirəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti