...

Minskdə Nizami Gəncəviyə abidə qoyulacaq

Cəmiyyət Materials 8 Noyabr 2021 15:39 (UTC +04:00)
Minskdə Nizami Gəncəviyə abidə qoyulacaq

Bakı. Trend:

Belarusun paytaxtı Minskdə Gəncə şəhərində doğulmuş görkəmli şair və mütəfəkkir Nizami Gəncəviyə abidə qoyulacaq.

Trend-in məlumatına görə, bu barədə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Prezident İlham Əliyevlə telefon danışığı zamanı bildirib.

Belarus dövlətinin başçısı Azərbaycan Prezidentinə bildirib ki, Belarus və Azərbaycan xalqlarının dostluğu əlaməti olaraq Minskdə Gəncə şəhərində doğulmuş görkəmli şair və mütəfəkkir Nizami Gəncəviyə abidə qoyulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti