...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 12 Noyabr 2021 18:34 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 38 082 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 032, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 580, buster doza üzrə vaksinasiya olunanların sayı isə 23 470 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 021 688, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 012 689, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 464 036, buster doza üzrə vaksinasiya olunanların sayı isə 544 963 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti