...

e-sosial.az portalına 8,7 milyon müraciət qeydə alınıb

Cəmiyyət Materials 7 Dekabr 2021 17:32 (UTC +04:00)
e-sosial.az portalına 8,7 milyon müraciət qeydə alınıb

Bakı. Fərid Zöhrabov -Trend:

Bu ilin 11 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalına 8,7 milyon müraciət qeydə alınıb.

Trend xəbər verir ki, 2018-ci ilin son aylarında istifadəyə verilən portalda qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı da bu ilin 11 ayında artmaqda davam edərək dekabrın 1-nə 1 milyon 20 minə çatıb.

Ölkənin sosial reyestri olan portal vasitəsilə vətəndaşlar onlar barədə toplanmış sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) çıxış əldə edir. Həmçinin portal hər kəsə hüquqları yarandığı təqdirdə 100-dən çox sosial xidmət növündən çevik rejimdə yararlanmaq imkanı verir.

Portalın “Android” və “İOS” əməliyyat sistemləri də fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti