...

15 bölgədə STEAM layihəsi həyata keçiriləcək - Təhsil naziri

Cəmiyyət Materials 9 Dekabr 2021 10:52 (UTC +04:00)
15 bölgədə STEAM layihəsi həyata keçiriləcək - Təhsil naziri

Bakı. Çingiz Səfərli - Trend:

Təhsil Nazirliyi 15 bölgədə STEAM layihəsini həyata keçirəcək.

Trend-in məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev "STEAM Azərbaycan" festivalında çıxışı zamanı deyib.

O bildirib ki, artıq bəzi bölgələrdə işlər yekunlaşıb.

"Çalışırıq ki, təhsil proqramlarımız yeni çağırışlara cavab verən məzmunda olsun. Yeni məktəblərimizin hamısında STEAM otaqları yaradılıb. Bu layihə başladığı ilk gündən Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzində olub. Buna görə təşəkkür edirəm", - nazir deyib.

Qeyd edək ki, Təhsil Nazirliyi 2019-2020-ci tədris ilindən başlayaraq “STEAM Azərbaycan” layihəsinə start verib.

STEAM təhsil metodu şagirdlərə beş sahənin, Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art) və Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub.

STEAM fənləri ayrılıqda öyrətmək əvəzinə, onları real tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti