...

Belarusun Milli Kitabxanasının binası üzərində ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı videoproyeksiya edilib (FOTO)

Cəmiyyət Materials 12 Dekabr 2021 11:27 (UTC +04:00)
Belarusun Milli Kitabxanasının binası üzərində ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı videoproyeksiya edilib (FOTO)

Bakı. Trend:

Belarusun paytaxtı Minsk şəhərinin əsas rəmzlərindən biri olan Milli Kitabxananın binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Trend xəbər verir ki, Azərbaycanın Belarusdakı səfirliyi və Ticarət Evinin birgə təşəbbüsü ilə keçirilən anım aksiyası Azərbaycanın xilaskarı, xalqımızın böyük oğlu, ümummilli lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin əziz xatirəsi münasibətilə təşkil olunub.

Axşam saatlarından etibarən Minsk Milli Kitabxanası göy, qırmızı və yaşıl rənglərdə işıq saçmağa başlayıb. Anım aksiyasında “12 dekabr ümummilli lider Heydər Əliyevin anım günüdür” ifadəsi əksini tapıb.

Videogörüntü şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti