...

Abşeronda Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd edilib

Cəmiyyət Materials 12 Dekabr 2021 14:20 (UTC +04:00)
Abşeronda Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd edilib

Bakı. Trend:

Abşeronda xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü qeyd edilib.

Abşeron Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, ümumxalq məhəbbətinin təzahürünə çevrilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Rayon Polis Şöbəsinin rəisi Şəhriyar Şəmşirli, Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron Rayon İdarəsinin rəisi Ruslan Rəhimov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin rəisi, polkovnik Hüseyn Quliyev, Abşeron rayon prokuroru Qabil Qasımov, Abşeron rayon Mühafizə Polisi İdarəsinin rəisi Arif Məmmədov, Yeni Azərbaycan Partiyasının Aberon Rayon Təşkilatının sədri Bilman Vəliyev və rayon ictimaiyyəti iştirak edib.

İştirakçılar Xırdalan şəhərinin mərkəzində Ümummilli Liderin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, dahi rəhbərin əziz xatirəsini ehtiramla anıblar.

Daha sonra Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Mərkəzdə nümayiş etdirilən fotoşəkillər və sənədli film hər kəsi yaxın keçmişə qaytarıb, Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif məqamları bir daha göz önündə canlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti