Bakı. Trend:
Startap layihə çəçivəsində Nyu-Yorkda taksi xidməti göstərən şirkətin avtoparkına yeni Ford Mustang Mach-E elektrik krossoveri daxil olub.
Trend xəbər verir ki, şirkət gələcəkdə yalnız elektrik avtomobillər vasitəsiylə xidmət göstərməyi planlaşdırır.
Yaxın gələcəkdə avtopark gnişləndirilərək Tesla Model Y markalı avtomobillərə sahib olacaq.
Rally Yellow rənginə boyanmış elektrik avtomobili sürücünü izləyən və ona yola nəzarət etməsi üçün xəbərdarlıq edən süni intellekt texnologiyası ilə təchiz olunub. Elektrik krossoverlərdə gediş haqqı adi Nyu-York taksisi ilə eyni olacaq.