...

Bu il Dövlət Məşğulluq Agentliyi beynəlxalq sertifikatlara uyğun mütəxəssis hazırlığı həyata keçirəcək

Cəmiyyət 17 Yanvar 2022 18:26 (UTC +04:00)
Bu il Dövlət Məşğulluq Agentliyi beynəlxalq sertifikatlara uyğun mütəxəssis hazırlığı həyata keçirəcək

Bakı. Fərid Zöhrabov - Trend:

Ötən il Agentlik 1000-dək şəxsi peşə hazırlığına cəlb edib

Trend xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən peşə hazırlığı sisteminin inkişaf etdirilməsi tədbirləri çərçivəsində beynəlxalq sertifikatlara uyğun mütəxəssislərin hazırlanması həyata keçiriləcək.

Ötən il Agentliyin Bakı Peşə Hazırlığı Mərkəzinə beynəlxalq ISO sertifikatları təqdim edilib. Ölkəmizdə ilk ISO sertifikatlı peşə hazırlığı müəssisəsi olan Mərkəz fəaliyyətində ISO 9001 (Keyfiyyət idarəetmə sistemi), ISO 14001 (ətraf mühitin idarə olunması və qorunması sistemi), ISO 45001 (əməyin təhlükəsizliyi sistemi) standartlarının tələblərini də təmin edəcək.

Qeyd edək ki, Agentik tərəfindən hazırda 127 prioritet istiqamət üzrə peşə hazırlığı həyata keçirilir. Ötən il qurum 1000-dək şəxsi peşə hazırlığı kurslarına cəlb edib. Kurs müddətində işsiz şəxslərə minimum aylıq əməkhaqqı məbləğində təqaüd də ödənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti