...

Şuşa və Ağdama avtobus marşrutlarının istifadəyə verilmə tarixi və qiymətləri açıqlandı (FOTO)

Cəmiyyət 18 Yanvar 2022 11:11 (UTC +04:00)
Şuşa və Ağdama avtobus marşrutlarının istifadəyə verilmə tarixi və qiymətləri açıqlandı (FOTO)

Bakı. Elçin Mehdiyev – Trend:

24 yanvar tarixindən etibarən Bakı-Şuşa və Bakı-Ağdam istiqamətində müntəzəm avtobus marşrutları istifadəyə veriləcək.

Trend-in məlumatına görə, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı brifinqdə deyib.

O qeyd edib ki, Bakı-Şuşa-Bakı marşrutunun birtərəfli qiyməti 10.40 manat, Bakı-Ağdam-Bakı marşrutunun birtərəfli qiyməti 9.40 manat təşkil edəcək.

A.Rzayev əlavə edib ki, həmçinin yanvarın 24-dən Əhmədbəyli-Şuşa, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa, Bərdə-Ağdam istiqamətində də marşrutlar açılaccaq.

Xəbər lenti

Xəbər lenti