...

Ölkə ərazisində müşahidə olunan faktiki hava açıqlanıb

Cəmiyyət Materials 28 Yanvar 2022 11:10 (UTC +04:00)
Ölkə ərazisində müşahidə olunan faktiki hava açıqlanıb

Bakı. Fərid Zöhrabov - Trend:

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 28-i saat 11:00-a olan məlumatına əsasən, yanvarın 27-si günün ikinci yarısından başlayaraq ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, bəzi yerlərdə sulu qar, dağlıq ərazilərdə qar yağıb.

Trend xəbər verir ki, düşən yağıntının miqdarı Salyanda 9 mm, Sarıbaş (Qax), Şahbuzda 6 mm, Sabirabad, Cəfərxanda 4 mm, Lerik, Kişçay (Şəki), Ordubad, Ağdərədə (Ordubad) 3 mm, Naxçıvan, Daşkəsən, Göygöl, Qobustan, Qusar, İmişli, Şamaxı, İsmayıllı, Ağsu, Şabranda 1 mm-dək, Bakıda və Abşeron yarımadasında: Binədə 4 mm, Pirallahıda 3 mm, Bakı, Maştağada 1 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 41 sm, Sarıbaşda (Qax) 29 sm, Şahbuzda 15 sm, Qrızda 13 sm, Lerikdə 7 sm, Naxçıvanda 6 sm, Kişçayda (Şəki) 5 sm, Xaltanda 4 sm, Şamaxıda 2 sm, Daşkəsəndə 1 sm təşkil edib.

Şimal-qərb küləyinin sürəti Tərtərdə arabir 18 m/s, Bakıda və Abşeron yarımadasında isə arabir 20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.4 metrə çatıb.

Havanın minimal temperaturu bu gecə aran rayonlarında 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlıq rayonlarda 5-10 dərəcə şaxta, Naxçıvan MR-da 3-8 dərəcə şaxta, Bakıda və Abşeron yarımadasında 3 dərəcəyədək isti olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti