...

Çox təəssüf ki, son günlərdə elmimiz gündəmi xoşagəlməz söz-söhbətlərlə məşğul edir - Deputat

Cəmiyyət Materials 14 Fevral 2022 12:16 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Adətən elm öz yenilikləri, müasir kəşfləri, cəmiyyətə faydalı işləri ilə gündəmə gəlir, lakin təəssüflər olsun ki, son günlərdə Azərbaycan elmi xoşagəlməz söz-söhbətlər ilə gündəmi məşğul edir və cəmiyyətin haqlı narazılığına səbəb olub, qınaq obyektinə çevrilib.

Bunu Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, çox təəssüf ki, son dövrlər Azərbaycan Milli Elmlər Elmlər Akademiyası öz müqəddəs missiyasından yayınaraq lazımsız mübahisələr meydanına çevrilib.

“Cəmiyyətə, bəşəriyyətə sanballı töhfələr verməli olan, elmin inkişafı, çağdaş yenilikləri ilə seçilməli olan, müasir çağırışlarla ayaqlaşmalı, gənc alimlər yetişdirməli və başqa faydalı işlərlə məşğul olmalı olan Elmər Akademiyasının ziddiyyətlər mərkəzinə çevrilməsi yolverilməzdir. Bu nəinki bu günümüzə, gələcəyimizə, dövlətçiliyimizə, elmimizin inkişafına ciddi bir zərbədir.

Bu xoşagəlməz söz-söhbətlər bu gün gənc alimlərimizi elmdən uzaqlaşdırır, illərdir ömrünü elmimizin inkişafına həsr etmiş alimlərimizi incik salır və nəticədə onları dövlətimizdən narazı qoyur. Lakin bütün bunlara rəğmən AMEA-nın saytında paylaşılan məlumat sanki bir ittiham aktıdır, elmi məcradan çıxaraq ciddi siyasi ittihamları özündə əks etdirir, dövlətçiliyimizə, ölkədə aparılan demokratik islahatlara kölgə salır”, - deyə deputat qeyd edib.

O bildirib ki, Elmər Akademiyası siyasi platforma deyil, kimlərinsə şəxsi mövqeyini qoruyan bir qurum deyil.

“Elmlər Akademiyası elmlə məşğul olmalı, yersiz mübahisələrə yol verməməlidir. Artıq bu xoşahəlməz proseslərə son qoyulmalı, Elmər Akademiyası öz məcrasına qaytarılmalı, yeni islahatlar, araşdırmalar aparılmalı, kimlərin istefaya getməsi lazımdırsa getməlidir, kimlər günahkardırsa AMEA-dan uzaqlaşdırılmalıdır, çünki bu, artıq sosial bir sifarişə çevrilib”, - deyə A.Həsənova əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti