...

Prokurorluq işçilərinin 95 faizi ikinci, 61 faizi buster doza ilə vaksin olunub

Cəmiyyət Materials 14 Fevral 2022 13:08 (UTC +04:00)
Prokurorluq işçilərinin 95 faizi ikinci, 61 faizi buster doza ilə vaksin olunub

Bakı. Trend:

Prokurorluq işçilərinin 95 faizi ikinci, 61 faizi “buster” doza ilə vaksin olunub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ölkəmizdə həyata keçirilən vaksinasiya strategiyası çərçivəsində prokurorluq orqanlarının xüsusi rütbəli, dövlət qulluqçusu olan və dövlət qulluqçusu olmayan əməkdaşları (əks-göstəriciləri olan şəxslər istisna olmaqla) könüllü şəkildə peyvənd vurdurmaqla bu günədək I doza üzrə 97%, II doza üzrə 95% və “buster” doza ilə 61% əməkdaş vaksin olunub.

Prokurorluq işçilərinin peyvənd olunması diqqət mərkəzində saxlanılmaqla, koronavirus xəstəliyi keçirmələri ilə əlaqədar peyvənd olunmayan işçilərin I və II doza, həmçinin hər iki dozanı qəbul etmiş əməkdaşların “buster” doza ilə peyvəndlənmələri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti