...

BDU-da yaz semestri hibrid formada təşkil olunacaq

Cəmiyyət Materials 14 Fevral 2022 14:49 (UTC +04:00)
BDU-da yaz semestri hibrid formada təşkil olunacaq

Bakı. Samir Əli - Trend:

Bakı Dövlət Universitetində (BDU) 2021/2022-ci tədris ilinin yaz semestri hibrid formada təşkil olunacaq.

Bu barədə Trend-ə BDU-nun Mətbuat katibi Kəmalə Quliyeva məlumat verib.

O bildirib ki, tədris prosesi ilə bağlı BDU-nun Elmi Şurasının bu gün keçirilən növbəti iclasında qərar qəbul edilib.

Elmi Şuranın iclasında 2021/2022-ci tədris ilinin yaz semestrinin da payız semestrində olduğu kimi, həftənin 2 günü onlayn, 3 günü ənənəvi qaydada olmaqla hibrid formada təşkil edilməsi barədə qərar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti