...

Dağlıq ərazilərdə yollar buz bağlayacaq

Cəmiyyət Materials 14 Fevral 2022 16:35 (UTC +04:00)
Dağlıq ərazilərdə yollar buz bağlayacaq

Bakı. Humay Ağacanova - Trend:

Sabah dağlıq ərazilərdə yollar buz bağlayacaq

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

"Fevral ayının 15-də gecə və axşam saatlarında Bakı-Quba, Quba-Qusar, Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt-Qazax, Quba-Xaçmaz, Quba-Qusar, Masallı-Yardımlı, Lənkəran-Lerik, Şəmkir-Gədəbəy, Ağdam-Ağdərə, Füzuli-Cəbrayıl-Mahmudlu, Ucar-Zərdab-Ağcabədi, Göyçay-Ucar, Gəncə-Daşkəsən, Gəncə-Samux, Hacıqabul-Şirvan, Salyan-Neftçala, Bərdə-İstisu, Ağsu-Kürdəmir-Bəhramtəpə, Xankəndi-Xocavənd, Həkəri-Zəngilan, Qubadlı-Xanlıq, Gəncə-Kəlbəcər-Laçın, Şuşa-Füzuli magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 200-700 m-dək məhdudlaşacaq.
Gecə və səhər dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlayacağı ehtimalı var", - deyə məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti