...

Ötən il Azərbaycanda baş verən ölüm hallarının sayı məlum olub

Cəmiyyət Materials 16 Fevral 2022 16:39 (UTC +04:00)
Ötən il Azərbaycanda baş verən ölüm hallarının sayı məlum olub

Bakı. Elçin Mehdiyev – Trend:

2021-ci ildə Azərbaycanda baş verən ölüm hallarının sayı məlum olub.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ötən il ölkədə 76 878 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,7 təşkil edib.

Ölənlərin 1 793 nəfəri (2,3 faizi) 0-17 yaşda, 7 747 nəfəri (10,1 faizi) 18-49 yaşda, 21 004 nəfəri (27,3 faizi) 50-64 yaşda, 46 334 nəfəri (60,3 faizi) isə 65 və yuxarı yaşda olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti