...

XİN işə qəbul imtahanının ilk mərhələsini keçənlərə müraciət edib

Cəmiyyət Materials 19 Fevral 2022 15:03 (UTC +04:00)
XİN işə qəbul imtahanının ilk mərhələsini keçənlərə müraciət edib

Bakı. Humay Ağacanova - Trend:

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) diplomatik xidmətə işə qəbul imtahanının ilk mərhələsini keçən namizədlərə müraciət edib.

Trend-in məlumatına görə, bu barədə nazirliyin “Facebook” səhifəsində paylaşım edilib.

Məlumatda qeyd edilib ki, 2022-ci il yanvarın 23-də Xarici İşlər Nazirliyində diplomatik xidmətə işə qəbul olmaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş imtahanın 2-ci mərhələsində, müsahibə mərhələsində iştirak hüququ qazanmış 113 namizəd ilə 22 fevral 2022-ci il tarixində Xarici İşlər Nazirliyində görüşün keçirilməsi nəzərdə tutulub.

"İştirakla bağlı əlavə məlumat namizədlərin şəxsi kabinetlərində yerləşdirilib. Müsahibə mərhələsinin cari ilin mart ayının sonu - aprel ayının əvvəlində təşkil edilməsi nəzərdə tutulur", - deyə əlavə olunub

Məqalədə:
Xəbər lenti

Xəbər lenti