...

MÜSİAD Azərbaycan və Türkiyənin Bahçeşehir Universiteti CO-OP əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Cəmiyyət Materials 22 Fevral 2022 14:13 (UTC +04:00)
MÜSİAD Azərbaycan və Türkiyənin Bahçeşehir Universiteti CO-OP əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Bakı. Trend:

MÜSİAD Azərbaycan və Türkiyənin Bahçeşehir Universiteti CO-OP (Cooperative Education Program) çərçivəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Bu barədə Trend-ə MÜSİAD-dan daxil olan məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, tələbələrin təhsillərini davam etdirməklə paralel olaraq onların aktiv iş təcrübəsi qazanmalarına imkan yaradan CO-OP əməkdaşlığı MÜSİAD Azərbaycan rəhbəri Rəşad Cabirli və Bahçeşehir Universiteti, Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Öznur Zer tərəfindən müzakirə olunub.

Görüşdə eyni zamanda Müsiad Azərbaycan İdarə Heyətinin üzvləri, dərnək üzvləri, Bahçeşehir Universitetinin Azərbaycan təmsilçisi Emin Məmmədov da iştirak edib.

Görüşdə MÜSİAD Azərbaycanın rəhbəri R.Cabirli CO-OP əməkdaşlığın Azərbaycanda yeni olmasına baxmayaraq, ciddi marağa sədəb ola biləcəyini qeyd edib.

Onun sözlərinə görə, MÜSİAD Azərbaycan ölkə gənclərinin aktiv iş həyatına qoşulmasını dəstəkləyib və bu istiqamətdə səylər göstərib.

Bahçeşehir Universiteti, Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Öznur Zer də öz növbəsində bu modelin Türkiyədə Bahçeşehir Universiteti tərəfindən tətbiq edildiyini və geniş marağa səsəb olduğunu bildirib.

O qeyd edib ki, eyni təcrübənin Azərbaycanda da tətbiq edilməsinin perspektivli olacağına inanır.

Qeyd edək ki, CO-OP universitet, işəgötürən təşkilat və tələbə arasında koordinasiyanı təmin edir və bu model Türkiyədə geniş tətbiq olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti