...

Çaylarda sululuq azalıb - Umayra Tağıyeva

Cəmiyyət Materials 22 Fevral 2022 17:13 (UTC +04:00)
Çaylarda sululuq azalıb - Umayra Tağıyeva

Bakı. Fərid Zöhrabov - Trend:

Təqvim üzrə qış fəslinin davam etməsinə baxmayaraq, havanın mülayim keçməsi ilə yaz öz gəlişini tezləşdirməyə çalışır. Hazırda iqlim normasından 3,3 dərəcə yüksək olan temperatur rejimi daha çox mart ayının birinci həftəsi üçün səciyyəvidir.

Trend xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

“Müqayisə üçün qeyd edək ki, keçən il Su çərşənbəsində temperatur iqlim norması daxilində olub. Bu il isə bəzi bölgələrdə havanın temperaturu hətta 17 dərəcəyədək yüksəlib. Baharın yaxınlaşmasının ilk əlamətlərini bildirən Su çərşənbəsi adətən bölgələrdə çiskinli, dumanlı, yağıntılı hava şəraiti ilə səciyyələnir. Ancaq dəyişən iqlim şəraitində bütün ənənələrə “zidd” olaraq, bu il yağmursuz keçməklə daha fərqli olub. Elə buna görə də çaylarda sululuq norma göstəriciləri ilə müqayisədə 30 faizədək azdır”.

U.Tağıyevanın sözlərinə görə, Su çərşənbəsinin inancları bir daha suyun təbiətdə bütün canlıların həyat mənbəyi olduğunu göstərir. Bu baxımdan onu qorumaq və əlbəttə ki, sudan qənaətlə istifadə etmək lazımdır. Ancaq bu yolla biz içməli su mənbələrimizi gələcək nəsillər üçün mühafizə edib saxlaya bilərik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti