Bakı. Trend:
Diasporla İş üzrə Dövlər Komitəsi Ukraynada yaranmış vəziyyətlə bağlı digər qurumlarla koordinasiyalı şəkildə işləyərək, soydaşlarımızın heç bir xəsarət almadan Azərbaycana gəlmələri üçün bütün imkanlarını səfərbər edib.
Komitədən Trend-ə verilən məlumata görə, Polşa və Macarıstana keçə bilən azərbaycanlılar Vətənə təxliyə olunana qədər bu ölkələrdə fəaliyyət göstərən Azərbaycan evlərində qala bilərlər.
Polşadakı Azərbaycan Evinə +48 732 858 585, Macarıstandakı
Azərbaycan Evinə +994 50 662 19 89
telefon nömrələri vasitəsilə müraciət edə bilərlər.
Qeyd olunur ki, telefon nömrələri 24 saat aktivdir.