...

ÜST dünyada koronavirusa yoluxanların sayında azalma olduğunu bildirir

Cəmiyyət Materials 2 Mart 2022 04:27 (UTC +04:00)
ÜST dünyada koronavirusa yoluxanların sayında azalma olduğunu bildirir

Bakı. Trend:

Ötən həftə ərzində koronavirusa yoluxanların sayı əvvəlki 7 günlə müqayisədə 16%, ölənlərin sayı isə 10% azalıb.

Trend xəbər verir ki, bu barədə məlumatı Ümumdünya Səhiyyə Təşkilatı yayıb.

Qeyd olunur ki, son bir həftə ərzində 10 milyondan çox insan koronavirusa yoluxub, 60 mindən çox insan dünyasını dəyişib.

Belə ki, 21-27 fevral tarixlərində yeni yoluxanların sayına görə üstünlük təşkil edən Avropada azalma 24% təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti