...

Bayrama görə rayonlararası avtobusların sayı artırılacaq

Cəmiyyət Materials 14 Mart 2022 09:14 (UTC +04:00)
Bayrama görə rayonlararası avtobusların sayı artırılacaq
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Beynəlxalq Avtovağzal Kompleksi Novruz bayramı günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün mart ayının 15-dən 27-nə kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildiriblər.

Qeyd edilib ki, sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobus buraxılması təmin ediləcək.

Bundan əlavə, sərnişin axınının çoxalması nəzərə alınaraq, koronavirus pandemiyası ilə əlaqədar avtovağzal və avtostansiyalarda avtonəqliyyat vasitələrinin, eləcə də gözləmə zallarının, xidməti otaqların, mədəni-məişət və sanitar-gigiyenik təyinatlı sahələrdə gündəlik dezinfeksiya tədbirlərinin davamlı olaraq aparılmasına nəzarət gücləndirlib.

Şəhərlərarası, rayonlararası və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, təsdiq edilmiş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı respublikanın 56 avtovağzal və avtostansiyasılarına müvafiq tapşırıqlar verilib.

Twitter:@FaridZohrabov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti