...

Əhali daha çox hansı məhsullara pul xərcləyir?

Cəmiyyət Materials 16 Mart 2022 14:07 (UTC +04:00)
Əhali daha çox hansı məhsullara pul xərcləyir?
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan əhalisinin daha çox hansı məhsullara pul xərcləməsi açıqlanıb.

Trend-in məlumatına görə, 2022-ci ilin yanvar-fevral aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49,4 faizi ərzaq məhsullarının, 6,0 faizi içkilər və tütün məmulatlarının, 15,5 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,2 faizi avtomobil benzini və dizel yanacağının, 4,9 faizi elektrik malları və mebellərin, 2,5 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,3 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Ümumilikdə 2022-ci ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 7,0 milyard manatlıq, o cümlədən 3,9 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 3,1 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti