...

Xəzər RİH başçısı Zirə sakinləri ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 17 Mart 2022 10:19 (UTC +04:00)
Xəzər RİH başçısı Zirə sakinləri ilə görüşüb (FOTO)

Bakı. Trend:

16 Mart 2022-ci il tarixində Zirə Mədəniyyət evində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Zirə qəsəbəsinin sakinləri ilə səyyar görüşü keçirilmişdir.

Görüşdə Xəzər Rayon İcra Hakimiyyəti başçının müavinləri, Aparatın şöbə müdirləri, Zirə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və Zirə bələdiyyəsinin sədri, rayonda fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak etmişdir.

Vətən Müharibəsi Şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov görüş iştirakçılarını salamlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən mütəmadi olaraq əhalinin problemlərinin öyrənilməsi və həlli istiqamətində yerlərdə səyyar görüşlərin keçiriləcəyini vurğulamışdır.

RİH başçısı E.Salahov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında rayonda həyata keçirilən müxtəlif Dövlət proqramlarının uğurlu icrası nəticəsində abadlıq-quruculuq, yenidənqurma işlərinin sürətlənməsi və rayon ərazisində, xüsusilə Zirə qəsəbəsində həyata keçirilən əsaslı infrastruktur layihələrdən, əhalinin rifahının daha da yaxşılaşmasına yönəlmiş tədbirlər barədə ətraflı məlumat vermişdir.

Daha sonra RİH başçısı hazırda Zirə qəsəbəsində görülən və yaxın gələcəkdə görülməsi nəzərdə tutulan işləri sakinlərin diqqətinə çatdırmış və onların digər problemlərini dinləmişdir.

Səyyar görüşdə iştirak edən sakinlər qəsəbədaxili yolların asfaltlanması, küçə işıqlarının çəkilməsi və digər sosial məsələlərlə bağlı rayon rəhbərinə müraciətlər etmişdir.

Görüşdə səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilmiş qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilərək, onların həlli nəzarətə götürülmüşdür.

Sonda sakinlər əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildirmişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti