...

Nazir Kürdə suyun azalmasının səbəbini açıqladı

Cəmiyyət Materials 18 Mart 2022 14:50 (UTC +04:00)
Nazir Kürdə suyun azalmasının səbəbini açıqladı
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Şuşa. Trend:

Kür çayında suyun azalması müşahidə edilir və bu daha çox iqlim dəyişikliyi ilə bağlıdır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.

O bildirib ki, xüsusilə yanvar və fevral ayları quraq keçib, yağıntı az olub.

“Qar da çox az yağdı. Çaylarda suyun əsas mənbəyi qar ehtiyatları, onların əriməsi və yağışlardır. Əfsuslar olsun ki, yağıntılar çox azdır. Biz imkan daxilində suyun yığılmasına çalışırıq və məqsədimiz yay aylarında istehlakçıları su ilə təmin etməkdir”, - deyə nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti