...

ADNSU-da Novruz bayramı münasibəti ilə tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 18 Mart 2022 20:49 (UTC +04:00)
ADNSU-da Novruz bayramı münasibəti ilə tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Martın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Novruz bayramı münasibəti ilə tədbir keçirilib.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı universitetin professor-müəllim heyəti və tələbələri bayram münasibəti ilə təbrik edib. Şəhidlərimizin və yenilməz Azərbaycan ordusnun qəhrəmanlığı sayəsində ərazi bütövlüyü təmin olunmuş ölkə kimi bayaram keçirməyin xüsusi əhəmiyyətindən danışan rektor, professor Mustafa Babanlı bu gün Novruz bayramının bütün Azərbaycan torpaqlarında qeyd olunduğunu deyib.

Novruz bayramının xalqımızın milli adət-ənənələrini özündə əks etdirən ən qədim bayramlardan olduğunu xatırladan rektor, professor M.Babanlı baharın gəlişi münasibətilə universitetin çoxminli tələbə-müəllim kollektivinə, o cümlədən bütün Azərbaycan xalqına əmin-amanlıq, bol ruzili illər, möhkəm cansağlığı arzu edib.

Sonda unversitetin həyətində bayram tonqalı yandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti