...

Yağıntılar Kür çayında sululuğun artmasına səbəb olub (FOTO/VİDEO)

Cəmiyyət Materials 23 Mart 2022 14:29 (UTC +04:00)
Yağıntılar Kür çayında sululuğun artmasına səbəb olub (FOTO/VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Mart ayının ikinci ongünlüyündə yağan yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayına tökülən çaylarda sululuq artıb.

Bunu Trend-ə Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

"Son günlər yağan yağıntılar Kür çayında sululuğun artmasına və nəticədə duzluluğun azalmasına səbəb olub", - o deyib.

A.Verdiyevin sözlərinə görə, Kürün aşağı axınında aparılan monitorinqlərin nəticələrinə görə, dünən olduğu kimi, bu gün də duzluluq norma daxilindədir. Bu da Kürdən keçən su həcminin xeyli artması ilə bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti