...

Azərbaycanda əlillik təyin edilən şəxslərin sayı artıb

Cəmiyyət Materials 29 Mart 2022 11:13 (UTC +04:00)
Azərbaycanda əlillik təyin edilən şəxslərin sayı artıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2021-ci ildə dövlət tibb müəssisələri tərəfindən rəsimləşdirilmiş göndərişlər əsasında 18,5 min nəfər üzrə ilkin əlillik təyinatı aparılıb ki, bu da 2020-ci illə müqayisədə 1,3 dəfə çoxdur.

Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında icmal hesabatda deyilir.

Onlardan I dərəcə ilkin əlillik müəyyən olunmuş şəxslərin sayı 1,6 min nəfər, II dərəcə əlillik müəyyən olunmuş şəxslərin sayı 7,1 min nəfər, III dərəcə əlillik müəyyən olunmuş şəxslərin sayı isə 5,3 min nəfər olub ki, bu da 2020-ci illə müqayisədə müvafiq olaraq I dərəcə üzrə 15 faiz azdır, II dərəcə üzrə 22 faiz çoxdur, III dərəcə üzrə isə 43 faiz çoxdur.

Hesabat dövründə dövlət tibb müəssisələri tərəfindən rəsimləşdirilmiş göndərişlər əsasında 43,4 min nəfər üzrə təkrar əlillik təyinatı aparılıb ki, bu da 2020-ci illə müqayisədə 3,3 dəfə çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti