...

Heydər Əliyev Beynəlxalq Aeroportu bütün beynəlxalq aviaşirkətlər üçün açıqdır - Direktor müavini

Cəmiyyət Materials 1 Aprel 2022 02:08 (UTC +04:00)
Heydər Əliyev Beynəlxalq Aeroportu bütün beynəlxalq aviaşirkətlər üçün açıqdır - Direktor müavini
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Heydər Əliyev Beynəlxalq Aeroportu bütün beynəlxalq aviaşirkətlər üçün açıqdır.

Trend-in məlumatına görə, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun direktor müavini Elnur Zülfiqarov ilk "FlyArystan" reysinin açılmasına həsr olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ölkəmiz bütün aviaşirkətlərini ölkəyə qəbul etməyə hazırdır:

"Bugünkü ilk "FlyArystan" reysinin 2020-ci ilin martında başlaması planlaşdırılırdı, lakin pandemiya səbəbindən təxirə salınıb. Aşağı büdcəli şirkətlər tərəfindən uçuşların açılması vətəndaşlarımıza əlverişli qiymətlərlə uçmağa imkan verəcək".

O xatırladıb ki, aprelin 5-dən Azərbaycanın “Buta Airways” loukoster aviaşirkəti Bakı-Aktau-Bakı marşrutu üzrə müntəzəm reyslər həyata keçirməyə başlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti