Bakı. Trend:
Mart ayında Azərbaycanda baş verən yağış və qar yağıntıları çaylarda suyun artmasına səbəb olub.
Bunu Trend-ə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.
O bildirib ki, mart ayında Azərbaycanda həm yağış, həm qar yağıntıları baş verdi.
“Təxminən mart ayının 9-dan 25-26 tarixlərinə qədər yağıntılar oldu. Əlbəttə, bu, çaylarda suyun artmasına təsir göstərdi və Kür çayının səviyyəsi nisbətən artdı. Ancaq istədiyimiz səviyyədə deyil.
Biz yenə də suyun düzgün və qənatələ istifadəsinin tərəfdarıyıq və bunun üçün çox ciddi çalışmalıyıq”, - deyə o əlavə edib.