...

Bu qurumlarda çalışanların maaşları artırılacaq

Cəmiyyət Materials 4 Aprel 2022 17:58 (UTC +04:00)
Bu qurumlarda çalışanların maaşları artırılacaq
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda bəzi qurumlarda çalışanların maaşları artırılacaq.

Trend-in məlumatına görə, bu barədə məsələ Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nı üzrə Tədbirlər Planında əksini tapıb.

Tədbirlər planında dövlət orqanlarında (qurumlarında) çalışan işçilərin, o cümlədən hüquq mühafizə orqanları əməkdaşlarının, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Katibliyinin işçilərinin, habelə hakimlərin sosial təminatının yaxşılaşdırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması fəaliyyətinin gücləndirilməsi məqsədilə həmin şəxslərin əməkhaqlarının mərhələlərlə artırılması üzrə tədbirlərin davam etdirilməsi, bununla bağlı təkliflər hazırlanması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti