...

Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçıları Fəxri Xiyabanı və Şəhidlər xiyabanlarını ziyarət ediblər (FOTO)

Cəmiyyət Materials 20 Aprel 2022 16:44 (UTC +04:00)
Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçıları Fəxri Xiyabanı və Şəhidlər xiyabanlarını ziyarət ediblər (FOTO)

Bakı. Trend:

Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçıları və Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) əməkdaşları Fəxri Xiyabanı, I və II Şəhidlər Xiyabanını ziyarət ediblər.

DİDK-dən Trend-ə bildirilib ki, öncə qurultay iştirakçıları və DİDK əməkdaşları Fəxri xiyabanda görkəmli dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildiriblər. Ulu öndərin abidəsi önünə əklil qoyulub, gül dəstələri düzülüb.

Sonra qurultay iştirakçıları və DİDK əməkdaşları I və II Şəhidlər Xiyabanına gələrək, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər, məzarları önünə gül dəstələri düzüblər.

Qeyd edək ki, Dünya Azərbaycanlılarının V Qurultayı Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçiriləcək. Bu mötəbər tədbirdə 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti