...

Elnur Rzayev Ramazan ayında şəhid ailəsini ziyarət edib (FOTO)

Cəmiyyət Materials 21 Aprel 2022 11:16 (UTC +04:00)
Elnur Rzayev Ramazan ayında şəhid ailəsini ziyarət edib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Ramazan ayında şəhid Nurağa Tağıyevin ailəsinin dəvəti ilə iftar süfrəsində iştirak edib.

İcra başçısı bildirilib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında ordumuz cəmi 44 gün davam edən Vətən müharibəsində düşməni məğlub etdi. Xalqımız “Dəmir yumruq” ətrafında sıx birləşərək 30 illik Vətən həsrətinə son verdi, bütün şəhidlərimizin qisası döyüş meydanında alındı.

Elnur Rzayev Müqəddəs Ramazan ayının əhəmiyyətindən danışaraq, milli-mənəvi həmrəyliyin, saflıq və mərhəmətin rəmzi olan bu ayda xalqımıza əmin-amanlıq və duaların qəbul olunmasını arzulayıb.

Şəhid Nurağa Tağıyevin ailə üzvləri şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti