...

Bakı sakinlərini və şəhərimizin qonaqlarını “KOB Fest”ə dəvət edirik

Cəmiyyət Materials 22 Aprel 2022 17:45 (UTC +04:00)
Bakı sakinlərini və şəhərimizin qonaqlarını “KOB Fest”ə dəvət edirik

Bakı. Trend:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Bakı sakinlərini və şəhərimizin qonaqlarını İçərişəhərdə (Qoşa Qala Meydanı) təşkil ediləcək “KOB Fest” – sərgi-satış yarmarkasına dəvət edir.

“Sahibkarlar Günü”nə həsr olunmuş ilk KOB Fest 25 - 26 aprel tarixlərində saat 10:00-dan 20:30-dək paytaxt sakinləri və şəhərimizin qonaqları üçün açıq olacaq. Yarmarkada 100-ə yaxın mikro və kiçik sahibkarlıq subyektinin 1000-dən çox çeşiddə məhsulu təqdim ediləcək.

Sərgi-satış yarmarkasında KOB subyektlərinin istehsal etdikləri qida və qeyri-qida məhsulları, sənətkarların və yaradıcı şəxslərin əl işləri, eləcə də xidmət sektorunda fəaliyyət göstərən KOB-ların xidmətləri nümayiş olunacaq. Festival müddətində ebru sənətinin, qum üzərində rəsm sənətinin və s. dekorativ tətbiqi sənət növlərinin KOB subyektləri tərəfindən master-klassları, eləcə də mədəni-əyləncəli proqram təqdim edilcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti