...

Bakıda York Universitetinin City College Avropa Kampusu tərəfindən növbəti açıq seminar keçiriləcək

Cəmiyyət Materials 4 May 2022 09:47 (UTC +04:00)
Bakıda York Universitetinin City College Avropa Kampusu tərəfindən növbəti açıq seminar keçiriləcək

Bakı. Trend:

6 may 2022-ci il tarixində York Universitetinin City College Avropa Kampusu tərəfindən Bakı Hilton otelində “Yeni Biznes və Sosial Problemlər Sənaye 4.0 dövründə” mövzusunda seminar keçiriləcəkdir.

Seminarın spikeri Universitetin Bakida təşkil olunacaq İkili dərəcəli Executive MBA Proqramının professorlarından biri olan Doktor Zenon Mikaelidesdir. Dr. Mikaelides Birləşmiş Krallığın Mançester Metropolitan Universitetinin Biznes məktəbinin biznes analitikası üzrə qrup rəhbəridir. Seminarda iştirak etmək üçün qeydiyyyat ödənişsizdir və keçirilmə dili ingilis dilidir. Həmçinin tədbirin sonunda York Universitetinin City College Avropa Kampusu tərəfindən Bakıda keçirilən ikili dərəcəli Executive MBA – Biznesin İdarə edilməsi üzrə magistratura proqramı haqqında məlumat veriləcəkdir.

Qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil olun https://app.mlsend.com/a1v6x5p5h8/

Daha ətrəfli məlumat üçün 050 909 37 88

Məqalədə:
Xəbər lenti

Xəbər lenti