...

Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar olunub

Cəmiyyət Materials 4 May 2022 15:34 (UTC +04:00)
Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar olunub
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Masallı rayonunun ərazisində keçirilən nəzarət tədbirləri zamanı rayonun Köhnə Alvadı kəndində kənd sakini Rəqib Vəlizadəyə məxsus ağac emalı sexində qanunsuz yolla əldə edilmiş 11,2 m3 həcmində işlik meşə materialı müəyyən edilib.

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildiriblər.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, işlik materialın haradan əldə olunmasının müəyyən edilməsi məqsədilə toplanmış sənədlər Masallı Rayon Polis Şöbəsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti