...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 7 May 2022 16:37 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 565 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 358, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 399, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 507, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 301 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 666 575, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 341 671, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 841 925, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 241 601, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 241 378 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti