...

Mingəçevir Dövlət Universitetində Ümummilli Liderə həsr olunmuş müsabiqəyə yekun vurulub (FOTO)

Cəmiyyət Materials 11 May 2022 21:24
Mingəçevir Dövlət Universitetində Ümummilli Liderə həsr olunmuş müsabiqəyə yekun vurulub (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

2022-ci ilin 10 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş inşa, şeir və rəsm müsabiqəsi yekun konsert proqramı ilə sona çatıb.

Tədbirdə tələbə gəncləri salamlayan MDU-nun rektoru Şahin Bayramov müasir Azərbaycan dövlətinin memarı, ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsinə və təbliğinə universitetdə xüsusi önəm verildiyini vurğulayıb. Bu istiqamətdə görülən işlərin Vətənə, xalqa və dövlətə bağlı layiqli kadrların hazırlanmasına mühüm töhfə verdiyini diqqətə çatdıran Ş.Bayramov MDU-nun tələbə gənclərinin istər ölkə, istər region, istərsə də universitet miqyasında keçirilən tədbirlərdə fəal iştirakından məmnunluğunu bildirib və onlara uğurlar arzulayıb.

Sonra, müsabiqə iştirakçıları mükafatlandırılıb və xatirə şəkilləri çəkilib. Tədbirdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Təhsil Nazirliyi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən bədii yaradıcılıq müsabiqə-festivalına, eləcə də universitetdə təşkil edilən inşa, şeir və rəsm müsabiqəsinə qatılmış tələbələr universitetin fəxri fərmanı və təşəkkürnamələr ilə təltif olunublar.

Konsert proqramı çərçivəsində tələbələrin təqdimatında Ümummilli Liderə həsr olunan şeirlər və mahnılar səsləndirilib, milli və xarici xalqların rəqsləri ifa edilib və rəsmlər nümayiş etdirilib.

Tədbir universitetin tələbə və müəllim kollektivi üzvləri tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, MDU-da Ulu Öndərə həsr olunan müxtəlif formatlı tədbirlərin keçirilməsinə xüsusi önəm verilir, dahi şəxsiyyətin zəngin irsinin araşdırılması və tələbə gənclər arasında təbliği diqqət mərkəzində saxlanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti