...

İşğaldan azad edilmiş ərazilərə verilən suyun keyfiyyəti tam standartlara cavab verir

Cəmiyyət Materials 18 May 2022 10:21 (UTC +04:00)
İşğaldan azad edilmiş ərazilərə verilən suyun keyfiyyəti tam standartlara cavab verir
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərimizdə yerləşən şəxslərə verilən suyun keyfiyyəti tam standartlara cavab verir.

Bunu Trend-ə açıqlamasında “Azərsu” ASC-nin Texnoloji proseslərə nəzarət, suyun təhlükəsizliyi və ekologiya şöbəsinin rəisi Cəmil Babayev bildirib.

Onun sözlərinə görə, işğaldan azad olunan ərazilərdə işçi qrupları fəaliyyət göstərir.

"Azad edilən torpaqlarımızda məskunlaşan işçi qruplarımız hərbçiləri və orda mülki işlərdə çalışan vətəndaşlarımızı tam standartlara uyğun su ilə təmin edirlər. Bunun üçün əlavə dezinfeksiyaedici vasitələr tətbiq olunur. Əgər suda çirklənmələr varsa, həmin mənbələrdən su nümunələri götürülür və müayinələr aparılır. Müayinələrin nəticəsindən asılı olaraq keyfiyyətdə ciddi dəyişiklik olarsa, alternativ axtarılır və mənbə dəyişdirilir. Bu günə qədər hər hansı problem yaşanmayıb. Azad olunan torpaqlarımızda su mövcud anbarlara toplanır və zərərsizləşdirilir. İşçilərimiz işğaldan azad olunan torpaqlarımızda öz fəaliyyətlərini layiqincə yerinə yetirirlər", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti