...

"Ağ ölüm"dən xilas olmağın yolları - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO)

Cəmiyyət Materials 18 May 2022 22:16 (UTC +04:00)
"Ağ ölüm"dən xilas olmağın yolları - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO)

Bakı. Trend:

Müasir dövrdə cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaran, silah, insan alveri, orqanların transferi kimi təhlükəli bəlalarla eyni səviyyədə qorxulu olan cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya (geniş mənada narkotizm) vurğulandığı kimi, sərhəd tanımayan, qlobal xarakter daşıyan beynəlxalq problemə çevrilib. Cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır desək, yanılmarıq. Ən acınacaqlısı isə budur ki, “ağ ölüm” qurbanları gəncləşməyə doğru gedir. Yolun sonunda dayanan faciəni isə təsəvvür etdikdə belə insanın tükləri biz-biz olur.

Trend-in məlumatına görə, Cəsarət Qənbərlinin təqdimatında AzTV-nin "Əsas məsələ" verilişində "Narkomaniya ilə mübarizə tədbirləri çərçivəsində görülən işlər, "Ağ ölüm"dən xilas olmağın yolları, cəmiyyətin həssas məsələyə münasibəti" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Müşfiq Məmmədli - Milli Məclisin deputatı, Nəcəf Aydinoğlu - DİN baş narkotiklərlə mübarizə idarəsinin təhqiqat qrupunun rəisi, Büllur Məmmədova - "Gənclərin Anti-narkomaniya ictimai birliyi"nin sədr müavini və Rövşən Kərimli - həkim narkoloq mövzu ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=PY8IeSg-4S8

Məqalədə:
Xəbər lenti

Xəbər lenti