...

“Məşğulluq marafonu” üzrə 2275 nəfər şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

Cəmiyyət Materials 22 May 2022 10:54
“Məşğulluq marafonu” üzrə 2275 nəfər şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

Trend-i buradan izləyin

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan “Məşğulluq marafonu” çərçivəsində şəhid ailəsi üzvlərinin və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatı işləri davam edir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, marafona qoşulan işəgötürənlərin sayı artıq 642-yə çatıb. Həmin işəgötürənlərdən 342-si dövlət, 300-ü özəl sektora aiddir. İşəgötürənlər tərəfindən marafona 4363 vakansiya təqdim edilib.

Həmin vakansiyalar üzrə artıq 2275 nəfər işlə təmin edilib. Onlardan 1888 nəfəri qazi, 387 nəfəri isə şəhid ailəsi üzvüdür.

Marafona qoşulmaq istəyən işəgötürənlər bu məqsədlə vakansiyalarını https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilər.

Şəhid ailələrinin üzvləri və Vətən müharibəsində yaralanmış qazilər isə marafondan faydalanaraq işlə təmin olunmaq üçün https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olaraq özləri haqqında məlumatları qeyd etməklə müraciətlərini edə bilərlər.

Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti