...

İsmayıllıda çökən yol tezliklə bərpa olunacaq

Cəmiyyət Materials 2 İyun 2022 11:10 (UTC +04:00)
İsmayıllıda çökən yol tezliklə bərpa olunacaq
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İsmayıllı rayonunun Kəlfərəc kəndi ərazisində torpaq sürüşməsi nəticəsində 1 il əvvəl asfaltlanmış yolda çatlar yaranıb.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə bildirib ki, yolun çökən hissələrində hərəkəti təmin etmək üçün işlər görülüb.

Yolun keçdiyi dağ yamacı boyunca sürüşmə olub.

"Həmin yol da sürüşmə baş verən ərazidən keçir və nəticədə də yolun bir hissəsində çökmə baş verib. Ərazidə sürüşmə səngiyəndən sonra yolun təmiri aparılacaq",-deyə qurum rəsmisi bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti