...

Doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul imtahanı keçirilib

Cəmiyyət Materials 12 İyun 2022 18:25 (UTC +04:00)
Doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul imtahanı keçirilib

Bakı. Trend:

Doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul imtahanı və fəlsəfə doktoru imtahanları keçirilib.

Trend-in məlumatına görə, bu barədə Dövlət İmtahan Mərkəzi bildirib. İmtahan Bakı və Naxçıvan şəhərlərində təşkil edilib və saat 11:00-da başlanıb. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçıların öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İmtahan müddətinin ilk 1 saat 30 dəqiqəsi test tapşırıqlarının cavablandırılmasına, son 1 saatı isə yazılı tapşırığın yerinə yetirilməsinə ayrılıb.

Namizədlərin xarici dilə yiyələnmə səviyyəsini yoxlayıb-qiymətləndirmək üçün oxuyub-anlama, dinləyib-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloku (esse yazısı) üzrə tapşırıqlar təqdim olunub.

İmtahan nəticələri danışıq bloku, yazılı tapşırıqların yoxlanılması prosesi başa çatdıqdan sonra 3 həftə ərzində elan olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti