...

İlbiz terapiyası dərini bərpa edir və mikromüdafiənin sağalmasına kömək edir

Cəmiyyət Materials 13 İyun 2022 12:48 (UTC +04:00)
İlbiz terapiyası dərini bərpa edir və mikromüdafiənin sağalmasına kömək edir

Bakı. Trend:

İlbiz terapiyası dərinizə təravətli və parlaq görünüş verə bilən kosmetik xidmətdir. Bugun bu xidmətə yüksək effektivliyi, ağrısız olmağı və münasib qiymətinə görə yüksək tələbat var.

Masaj üçün xüsusi Afrikanın – Ahatin ilbizlərindən istifadə edilir. Bu ilbizlərin faydalı yönlərini çoxdan kəşv etsələr də, tibdə yeni istifadə etməyə başlayıblar.

İlbiz terapiyası – ilbiz masajı deməkdir. İlbizlər bərpa olunacaq nahiyyədə sürünərək faydalı elementlərlə zəngin selik ifraz edir.

Ahatin ilbizlərinin seliyində çox sayda faydalı maddələr var: elastin, kollagen; proteaz, xitozan; qlikol turşu; allantoin; A, B, C, E vitaminləri; bakteriofaqlar; təbii günəş filtri.

Üz və ya bədəndə sürünərək ilbizlər cavanlaşdırıcı və sağlamlığa faydalı selik ifraz edirlər. Ahatin ilbizləri hipoallergikdirlər.

İlbizlərin seliyindən xüsusi maskalar da daxil olmaqla bir neçə növ kosmetik məhsullar yaradılmışdır, lakin canlı ilbizlərdən istifadə edərək masaj və kosmetik seansların təsiri daha yüksəkdir. Prosedur cavanlaşdırıcı təsirə malikdir, hüceyrələri qocalmaqdan qoruyur, hüceyrələrarası boşluğu kollagen və elastinlə doldurur, kiçik qırışların yaranmasının qarşısını alır. İlbiz seliyi dərinin bərpasına, çapıqların, çatların sağalmasına kömək edir, insan adaptogenlərin olması səbəbindən iltihaba səbəb olmadan dəri səthini hamarlaşdırır. ASTHETIK LAB klinikasında siz həmçinin evdə istifadə etmək üçün ilbiz kürüsü ala bilərsiniz. Tərkibində A, D, E, C vitaminləri və çoxlu miqdarda B vitaminləri var. İlbiz kürüsü zədələnmiş toxumaları bərpa edir, qırışları doldurur, dərinin görünüşünü yaxşılaşdırır. Prosedur yay aylarında da təhlükəsizdir.

ÄSTHETIK LAB klinikası almaniyanın müasir avadanlığı ilə təchiz olunmuş üç korpusdan, 100 -dən çox prosedur otağından ibarətdir. Klinikanın əsas istiqamətləri aparat kosmetologiyası və trixologiyadır. Klinikada 100-dən çox mütəxəssis çalışır.

Ünvan: Аzadlıq prospekti 124.

Prosedurlara qeyd edilmiş əlaqə nömrələri ilə qeydiyyatdan keçə bilərsiniz: +994125555534, +994504000303

Məqalədə:
Xəbər lenti

Xəbər lenti