...

Paytaxt yollarında hazırkı vəziyyət açıqlanıb

Cəmiyyət Materials 17 İyun 2022 13:55 (UTC +04:00)

Bakı. Trend:

Paytaxt yollarında hazırkı vəziyyət açıqlanıb.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, aşağıdakı küçə və prospektlərdə sıxlıq müşahidə edilir:

1. Üzeyir Hacıbəyli küçəsində, Cavanşir körpüsünün üzərindən, Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər, Hökumət Evi istiqamətində sıxlıq

2. Ziya Bünyadov prospektinin Ələsgər Qayıbov küçəsi ilə kəsişməsindən başlayaraq, Çermet yol ötürücüsü üzərindən, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - əsas yolda, 20 Yanvar dairəsi istiqamətində sıxlıq

3. Koroğlu Rəhimov küçəsinin Fətəli xan Xoyski prospekti ilə kəsişməyə qədər olan hissəsində, Akademik Həsən Əliyev küçəsi istiqamətində sıxlıq

4. Tbilisi prospektinin, 20 Yanvar dairəsi istiqamətindən başlayaraq, Abdulvahab Salamzadə küçəsi ilə kəsişməsinə qədər, şəhər istiqamətində və Heydər Əliyev adına İdman Sarayını keçdikdən sonra, Azər Əliyev küçəsi ilə kəsişməyə qədər, 20 Yanvar dairəsi istiqamətində sıxlıq

5. Heydər Əliyev prospektində, Koroğlu metro stansiyası istiqamətindən, Bağırov körpüsünün aşağı hissəsindən keçməklə, əsas yol və kənar yolda, şəhər istiqamətində, Heydər Əliyev Mərkəzinin qarşısına doğru sıxlıq

6. 28 May küçəsinin Fikrət Əmirov küçsi ilə kəsişməsindən, Rəşid Behbudov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq

7. Dilarə Əliyeva küçəsinin Puşkin küçəsi ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq

8. Akademik Həsən Əliyev küçəsinin, 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin qarşısı da daxil olmaqla, Səməd Vurğun küçəsi ilə kəsişməsindən, Xan Şuşinski küçəsi ilə kəsişməsinə qədər olan hissəsində, Koroğlu Rəhimov küçəsi istiqamətində sıxlıq

9. Yusif Səfərov küçəsində, Xocalı prospekti ilə kəsişmədən başlayaraq, Heydər Əliyev prospekti istiqamətində sıxlıq

10. Salatın Əsgərova küçəsinin, Təbriz küçəsi ilə Ceyhun bəy Hacıbəyli küçələrinin kəsişməsindən, Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq müşahidə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti