...

KİV nümayəndələri Mərdəkan Reabilitasiya Pansionatında qazilərə göstərilən xidmətlərlə tanış oldular (FOTO)

Cəmiyyət Materials 17 İyun 2022 15:24 (UTC +04:00)
KİV nümayəndələri Mərdəkan Reabilitasiya Pansionatında qazilərə göstərilən xidmətlərlə tanış oldular (FOTO)

Bakı. Trend:

Postmüharibə dövründə reabilitasiya müəssisələrində 2500-dən artıq qaziyə sosial-psixoloji və reabilitasiya xidmətləri göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Mərdəkan Reabilitasiya Pansionatına mediatur təşkil edib.

KİV nümayəndələri 44 günlük Vətən müharibəsi qazilərinə mərkəzdə göstərilən reabilitasiya və sosial-psixoloji xidmətlərlə tanış olublar.

Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq son illər reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması, yeni müəssisələrin açılması nəticəsində reabilitasiya potensialı 3 dəfə artırılıb. Həmin müəssisələr Vətən müharibəsində yaralanmış qazilərimizin bərpa müalicəsində də xüsusi önəm kəsb edir.

Postmüharibə dövründə Agentliyin reabilitasiya müəssisələrində 2500-dən artıq qazinin sosial-psixoloji və reabilitasiya xidmətləri ilə təminatı həyata keçirilib.

O cümlədən, Mərdəkan Reabilitasiya Pansionatında postmüharibə dövründə 200 qaziyə reabilitasiya xidmətləri göstərilib.

Vətən müharibəsi zamanı xəsarət alaraq aşağı və yuxarı ətrafları amputasiya olunmuş 200 hərbçi, ümumilikdə 300 müharibə əlili yüksək texnologiyalı son nəsil protezlərlə təmin edilib. Eləcə də postmüharibə dövründə 1400 müharibə əlilinə 19,3 min reabilitasiya vasitəsi verilib.

Həmin müharibədə yaralanmış və müalicə kursları bitmiş hərbi qulluqçulardan 3000 şəxsə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılıb. Həmçinin onlara e-sistem üzərindən, proaktiv qaydada əlilliyə görə aylıq sosial ödənişlər təyin olunub, birdəfəlik sığorta ödənişləri verilib.

KİV nümayəndələri Mərkəzdə yaradılan şəraitlə və Vətən müharibəsi qazilərinə göstərilən xidmətlərlə, burada tətbiq olunan fizioterapevtik prosedurlarla tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti