...

Toylarla bağlı məlumatların “icaze.e-gov.az” portalına daxil edilməsi tələbi ləğv olunur

Cəmiyyət Materials 20 İyun 2022 20:46 (UTC +04:00)
Toylarla bağlı məlumatların “icaze.e-gov.az” portalına daxil edilməsi tələbi ləğv olunur

Bakı. Trend:

2022-ci il iyunun 21-dən etibarən şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı məlumatların “icaze.e-gov.az” portalına daxil edilməsi, həmçinin şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə imzalanan iltizamnamə tələbi ləğv olunur.

Trend xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər haqqında qərarında deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti